Bağçaya qəbul da elektron qaydada olacaq
![]()
"Birinci sinfə qəbul, məktəbəqədər təhsilə qəbul, o cümlədən, şagird yerdəyişməsi ilə bağlı elektron sistemlər mövcuddur. İnandığım budur ki, bunu qısa müddətdə məktəbəqədər təhsilə də tətbiq etmək mümkündür”.
Rubrika.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.
"İkinci məsələ tərbiyəçilərin işə qəbulu məsələsidir. Burada da müəllimlərin işə qəbulu mexanizminə bənzər mexanizmin olması vacibdir. Düşünürəm ki, növbəti ildən başlayaraq bu mexanizmləri tətbiq edə biləcəyik.
O cümlədən, məktəbəqədər təhsil müəssisələrinin rəhbər şəxslərinin müsabiqə əsasında işə qəbulu olduqca vacib məsələdir”, - nazir qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş








