Türkiyənin “Pegasus” şirkəti istanbul-İrəvan reysi üçün Ermənistana ərizə verdi (VİDEO)
![]()
Türkiyənin "Pegasus” aviaşirkəti İstanbul-İrəvan reysləri üçün ərizəni Ermənistanın Mülki Aviasiya Komitəsinə təqdim edib.
Rubrika.Az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib.
"Onlar fevral ayından başlayaraq həftədə iki uçuş həyata keçirmək üçün müraciət ediblər", - Arutyunyan deyib.
Onun sözlərinə görə, Komitə ağlabatan müddətdə ərizəyə baxacaq.
Dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu bəyan edib ki, Türkiyənin "Pegasus” aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.
Dekabrın 24-də məlum olub ki, "Flyone Armenia” aviaşirkəti Yerevan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.
https://player.qaynarinfo.az?v=4491&share_user_id=
Rubrika.Az
Facebook-da paylaş







