ABŞ-da neft ehtiyatlarının artımının qiymətləndirilməsi fonunda neft ucuzlaşıb
![]()
Amerika Neft İnstitutunun (API) ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı proqnozları fonunda neftin qiyməti aşağı düşüb.
Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,46% ucuzlaşaraq 1 bareli 106,86 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,68% aşağı düşərək 1 bareli 100,06 ABŞ dolları təşkil edib.
API iyulun 15-dək olan həftə ərzində ABŞ-da neftin ehtiyatlarının 1,9 milyon barel artdacağını proqnozlaşdırır. ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər ehtiyatların 1,4 milyon barel artdığını güman edirlər.
RUBRİKA.AZ
Facebook-da paylaş











