Azərbaycan XİN matəm günü ilə əlaqədar Qazaxıstana başsağlığı verib
![]()
Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.
RUBRİKA.AZ-ın xəbərinə görə, nazirliyin “Twitter” səhifəsində paylaşılan başsağlığında bildirilir:
“10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”.
RUBRİKA.AZ
Facebook-da paylaş











