Balakənin icra hakimiyyəti TƏBİƏTƏ 40 min manata yaxın ZİYAN VURUB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Balakəndə Bayraq meydanının Muzey binasının arxasında parkın ərazisində çoxillik ağacların kəsilməsi məsələsinə aydınlıq gətirib.
Rubrika.az xəbər verir ki, xidmət rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı məsələ barədə araşdırmaların aparıldığını bildirib.
Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, orada 11 ədəd qovaq cinsindən ağacların kəsilməsi faktı olmayıb: “Ağacların həlqəvari qabığı soyulub, bu da həmin ağacların gələcək inkişafını dayandırır. Bu da qəsdən edilib. Təibətə dəyən ziyanın məbləği 35 min manatdan çoxdur. Bu da cinayət tərkiblidir. İlkin olaraq ərazi şəhər icra nümayəndəliyinin tabeliyindədir. İzahatları alınacaq və sənədlər toplanaraq yaxın zamanlarda prokurorluq orqanlarına təqdim ediləcək”.
RUBRİKA.AZ
Facebook-da paylaş













