Tehran küçələrinə Azərbaycanın erməni dilinə təhrif edilmiş şəhər adları verilib - İran nə demək istəyir?.

Politoloq: “Tehran şəhərinin hansısa küçələrində Azərbaycan şəhərlərinin adları qoyulur? Bu Azərbaycana qarşı olan ərazi iddiasıdır, ya nədir?”.
“İran rəsmiləri Azərbaycanla bağlı danışırkən dost və qardaş olduğumuzu dilə gətirlər. Amma hər dəfə hansısa məsələlərdə elə İran rəsmiləri tərəfindən Azərbaycanın milli maraqlarına zidd addımların atıldığının şahidi oluruq”.
Bu sözləri politoloq Zaur Məmmədov Tehranda küçələrə Azərbaycanın şəhər adlarının təhrif edilmiş formasınının qoyulmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.
Ötən ilin noyabr ayında Tehran meriyası şəhərdəki bir sıra küçələrin adlarına Azərbaycanın şəhər adlarının təhrif edilmiş formasını qoyub (Bakı yerinə “Badikübə”, Şuşa yerinə “Şuşi”). Xüsusilə Şuşa adının erməni dilinə təhrif edilmiş şəkildə verilməsi ciddi rezonans doğurub. Buna etiraz olaraq Tehranda yaşayan soydaşlarımız həmin küçə lövhələrini silərək üzərində “Azərbaycan” yazıblar.
Bununla bağlı Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın “IRIB” xəbər agentliyinə müsahibəsində öz təəssüfünü bildirib: “Şuşa” adının İranda “Şuşi” kimi qeyd edilməsi, sözsüz ki, hər iki ölkənin xalqları tərəfindən xoş qarşılanmır”. Şübhəsiz ki, bu cür məsələlərin ərsəyə gəlməsi hər iki ölkənin xalqlarının mənfi təzahürünə səbəb olub. Gərək bunlara diqqət edib həssas məsələlərdə bir-birilərimizin fikirlərini nəzərə alaq”, deyə səfir vurğulayıb.
Qeyd edək ki, Tehran meriyası küçələrin adlarına hələ də düzəliş etməyib.
İranın bu kimi düşmən davranışlarını necə dəyərləndirmək olar və İrandan istər Ermənistana, istərsə də Azərbaycana verilən mesaj nədən ibarətdir?
İranın atdığı addımı PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.
Zaur Məmmədov: “Əgər İran bizə dostluğunu və ehtiramını nümayiş etdirmək istəyirsə, onda niyə bizim şəhərlərin adlarını təhrif edilmiş şəkildə öz küçələrinə verir. Demək ki, bizə ötürülən mesaj heç də dost niyyətli deyil, düşmən niyyətlidir”.
Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiasını bundan sonra da olmayacağını vurğulayan politoloq PİA.az-a bildirib ki, bizə qarşı edilən ərazi iddiaları imperializmin bu gün də bəzi ölkələrdə davam etməsinin əsas xüsusiyyətləri kimi qəbul edilməlidir. İran imperalizmi isə həmçinin erməni dəyirmanına da su tökür:
İran rəsmiləri Azərbaycanla bağlı danışırkən dost və qardaş olduğumuzu dilə gətirlər. Amma hər dəfə hansısa məsələlərdə elə İran rəsmiləri tərəfindən Azərbaycanın milli maraqlarına zidd addımların atıldığının şahidi oluruq. Demək ki, İran rəsmilərinin dostluq və qardaşlıq bayatıları ancaq sözdən ibarətdir və gözə kül üfürən İran rəsmiləri əməldə dost və qardaş dedikləri xalqa qarşı fərqli siyasət yürüdürlər.
Diplomatik münasibətlərin qurulduğu 30 il ərzində də Azərbaycan və İran münasibətlərinin korlanmasında hər zaman, hər dəfə rəsmi Tehranın ist ambisiyalardan çıxış etməsi səbəb olub. Azərbaycanın müstəqilliyini həzm edə bilməyən İran bu 30 il müddətində Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş Ermənistanı müdafiə edib və bu gündə regionda Ermənistanın əsas müdafiəçisi kimi çıxış edir. Əslində İran əməldə Ermənistanla dostluq qardaşlıq edir, Azərbaycana gələndə isə bu ancaq sözdən ibarət olur.
Azərbaycan şəhərlərinə Bakı, Şuşa adı ilə müraciət olunması bizim tələbimizdir. Bu həm də beynəlxalq hüququn tələbidir. Əgər İran bizə dostluğunu və ehtiramını nümayiş etdirmək istəyirsə, onda niyə bizim şəhərlərin adlarını təhrif edilmiş şəkildə öz küçələrinə verir. Demək ki, bizə ötürülən mesaj heç də dost niyyətli deyil, düşmən niyyətlidir. Yeravana ötürülən mesaj isə odur ki, İran Ermənistanın regiondakı dağıdıcı rolunu dəstəkləyir.
Digər tərəfdən niyə Tehran şəhərinin hansısa küçələrində Azərbaycan şəhərlərinin adları qoyulur? Bu Azərbaycana qarşı olan ərazi iddiasıdır, ya nədir? Bu sual da çox maraqlı nüanslardan biridir. Azərbaycan heç bir zaman heç bir ölkəyə ərazi iddiaları esürməyib. Azərbaycan həmişə öz işğal olunmuş ərazilərinin azad olunması üçün çalışıb.
Zaur Məmmədov: “Bu coğrafiyada türk faktoru həmişə olduqca vacib faktor olub və olmaqda da davam edir. Bunu da heç kəs unutmamalıdır”.
Azərbaycan bundan sonra da heç bir dövlətə ərazi iddiasını bundan sonra da etməyəcək. Amma bizə qarşı edilən ərazi iddiaları imperializmin bu gün də bəzi ölkələrdə davam etməsinin əsas xüsusiyyətləri kimi qəbul edilməlidir.
Əgər söhbət doğrudan da Azərbaycan şəhərlərindən gedirsə, burada hansısa fars adlarından istifadə edilməsi, Bakının Badikübə kimi təqdim olunması yolverilməzdir. Yaxşı olardı o adı qoyanlar öz dövlətlərinin adına baxsınlar və başa düşsünlər ki, bu gün müasir İran dedikdə coğrafi adı başa düşürük. Baxsınlar 10-cu əsrdən bu tərəfə, orada hansı etnik qrup bu dövlətin əsas siması olub və elita hər zaman kimlərdən təşkil olunub? Bu coğrafiyada türk faktoru həmişə olduqca vacib faktor olub və olmaqda da davam edir. Bunu da heç kəs unutmamalıdır.
Bildiyimiz kimi Azərbaycan və İran prezidentləri arasındakı görüşdən sonra iki ölkə arasında yeni səhifənin açılması üçün ciddi işlər görüldü. Bizi qarşıda Azərbaycan və İran arasında
bir sıra layihələrin həyata keçməsi gözləyir. İrandakı bəzi qüvvələr isə bu məsələlərə mane olmağa çalışırlar. Amma yaxın gələcəkdə Tehranla Bakı arasında da praqmatik iş birliyinin şahidi ola bilərik.
Azərbaycan İran üçün heç bir zaman təhdid təşkil etməyib. Amma guya ki, hanısa məsələləri önə çıxaran və Azərbaycandan cənub istiqamətinə təhdidlərin gəlməsini bildirmiş olan insanlar isə köhnə fikir daşıyıcılarıdır. Artıq bu “mahnı”ların təsiri altında gələcəyə baxmaq olmaz.
Zaur Məmmədov: “Hazırda bəzi dairələr Ermənistandan Avropya, eyni zamanda Yaxın Şərq vasitəsilə Avropaya İranın logistik xətlərinin reallaşmasına çalışırlar. Onlar bununla bağlı çıxışlar edirlər. Amma məlum məsələdir ki, bu layihələr reallığa çatmayacaq bir istiqamətlərdədirlər”.
Hazırda Azərbaycanla İran arasında tək Cənub-Şimal deyil, eyni zamanda Cənub-Qərb layihəsinin reallaşması kifayət qədər praqmatikdir. Çünki İranla Avropa arasında münasibətlərin normallaşmasından sonra birləşəcək ən sabit və reallaşması daha tez olan yol məhz Azərbaycan vasitəsilə ola bilər. Avropa İttifaqı üçün də Azərbaycan müxtəlif enerji və logistika təhlükəsizliyində xüsusi rol oynayır.
Təbii ki, Azərbaycanın bu xüsusi rolu İran üçün cəlbedici olmalıdır. Düzdür, hazırda bəzi dairələr Ermənistandan Avropya, eyni zamanda Yaxın Şərq vasitəsilə Avropaya İranın logistik xətlərinin reallaşmasına çalışırlar. Onlar bununla bağlı çıxışlar edirlər. Amma məlum məsələdir ki, bu layihələr reallığa çatmayacaq bir istiqamətlərdədirlər. Əksinə isə burada Cənubi Qafqaz, Azərbaycan vasitəsilə məhz biz Cənub-Şimal və Cənub-Qərb layihələrinin reallaşmasının şahidi ola bilərik.
Bundan başqa tərəflər İran və Azərbaycan həm də Zəngəzurda birgə layihələr həyata keçirə bilərlər. Zəngəzurun həm qərbində, həm şərqində, Xəzər dənizində də bir sıra məsələlərdə ortaq məxrəcə gəlmək olar. Amma İrandakı bəzi hakim dairələrin bu kimi addımları iki ölkənin dinc inkişafına kölgə salır və buna yol vermək olmaz”.
Facebook-da paylaş










