Arif Qazıyev Nardaranda dəfn olunacaq
![]()
Mərhum rejissor, senarist, Şöhrət ördenli Arif Qazıyev Nardaran qəbiristanlığında dəfn olunacaq.
Rubrika.Az bildirir ki, bu barədə Qaynarinfo-ya Xalq artisti Ağacəbrayıl Abbasəliyev məlumat verib.
O bildirib ki, mərhumun cənazəsi bu gün saat 12:00-da Təzə-Pir məscidindən götürüləcək.
Qeyd edək ki, Arif Qazıyev fevralın 25-də axşam saatlarında 84 yaşında dünyasını dəyişib.
Rubrika.Az
Facebook-da paylaş












