AMEA-ya yeni prezident təyinatının vaxtı AÇIQLANDI

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) yeni prezident aprel ayında təyin olunacaq. RUBRİKA.AZ xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva verib. Onun sözlərinə görə yeni prezidentin seçilməsi ilə əlaqədar ümumi yığıncağın keçirilməsi aprel ayında gözlənilir.
Xatırladaq ki, hazırda AMEA prezidentinin səlahiyyətlərinin icrasını Birinci vitse-prezident, akademik Arif Həşimov icra edir.
Qeyd edək ki, fevralın 19-da AMEA Rəyasət Heyətinin toplantısı keçirilib və Akademiyanın keçmiş prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib.
RUBRİKA.AZ
Facebook-da paylaş













