Azad olunan ərazilərdə yaşayacaq vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi üçün plan hazırlanıb
![]()
İşğaldan azad olunmuş ərazilərdə yaşayacaq vətəndaşlar üçün dövlət xidmətlərinə əlçatanlıq təmin ediləcək.
Rubrika.Az xəbər verir ki, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2022-2024-cü illər Strateji planında “ASAN xidmət”lərin inkişafı bölməsində əksini tapıb.
Planda həmçinin qeyd olunub ki, azad olunan ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən rəqəmsal dövlət layihələrinin icrası da mümkün olacaq.
Rubrika.az
Facebook-da paylaş












