Məmmədyarov rusiyalı rəqiblə üz-üzə
![]()
Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirəcək.
37 yaşlı qrossmeyster D qrupundakı üçüncü qarşılaşmasında rusiyalı Aleksandr Predke ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Məmmədyarov ilk turda çinli Yu Yanqyu ilə, ardınca isə fransalı Maksim Vaşye-Laqravla heç-heçə oynayıb. Qrupdakı hər şahmatçının aktivində 1 xal var.
Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.(qaynarinfo)
Rubrika.Az
Facebook-da paylaş











