“Google” Rusiyada reklam satışını dayandırdı
![]()
“Alphabet Inc”in törəmə şirkəti olan “Google” Rusiyada onlayn reklam satışını dayandırdığını, qadağanın axtarış sisteminə, “YouTube” və xarici tərəfdaşlara şamil edildiyini bildirib.
“Fövqəladə vəziyyət fonunda biz Rusiyada “Google” reklamını dayandırırıq. Vəziyyət sürətlə inkişaf edir və lazım gəldikdə yeniləmələri paylaşmağa davam edəcəyik”, - deyə şirkətdən bildirilib.
Bundan əvvəl “Google” Rusiya dövlət mediasına öz texnologiyasından istifadə edərək reklam almağı və ya satmağı qadağan etmişdi. Şirkət etiraz və ya müharibə əleyhinə reklamlar istisna olmaqla, müharibədən faydalanmağa çalışan marketinqi qadağan edən həssas hadisələr siyasətinə istinad edib
Rubrika.az
Facebook-da paylaş















