Millət vəkili Antalya Kəpəz bələdiyyəsinin sədri ilə görüşüb
![]()
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov Antalya səfəri çərçivəsində Antalya şəhər Kəpəz bələdiyyəsinin başkanı Hakan Tütüncü ilə görüşüb.
Görüş zamanı ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərdən, Türkiyə ilə Azərbaycanın sarsılmaz qardaşlıgından söz açılıb.
Bununla yanaşı, yaxın gələcəkdə Kəpəz bələdiyyəsi ilə Azərbaycanın Astara rayonu arasında dostluq və qardaşlıq memorandumu hazırlanması ilə bağlı fikir mübadiləsi də aparıllb. Millət vəkili bələdiyyə sədrini ölkəmizə dəvət edib.![]()
Rəşad Mahmudovun bildirdiyinə görə, hədəf ilk növbədə dostluq və qardaşlıq memorandumun baglanmasına nail olmaqdır. Nəzərə alsaq ki, Antalya dünyanın qəbul etdiyi böyük turizm şəhəridir. Bu təcrübə gələcəkdə cənub bölgəsində turizmin daha yüksək şəkildə təşkil olunmasında bizə yardımçı ola bilər.
Bu da yeni iş yerlərinin açılması, həm də ölkəmizin islahatlar paketinə kiçik də olsa iqtisadi töhfə ilə yanaşı, regionların tanıdılması, inkişafı baxımından yeni imkanlar yaradacaq.
Rubrika.Az
Facebook-da paylaş













