“Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçib” - Operativ Qərargah

Ukrayna Silahlı Qüvvələri İzyum yaxınlığında əks hücuma keçib.
RUBRİKA.AZ “Report”a istinadən xəbər verir ki, bunu Odessa Regional Hərbi Administrasiyasının Operativ Qərargahının nümayəndəsi Sergey Bratçuk feysbuk səhifəsində yazıb.
“Biz İzyum yaxınlığında əks-hücuma keçdik. Ukraynalı hərbçilərin fəal əks-hücum hərəkətləri nəticəsində qarşı tərəf Topolskoye, Şpakovka, Donetsk yaşayış məntəqələri ərazisində itki verib və geri çəkilib”, - o bildirib.
RUBRIKA.AZ
Facebook-da paylaş









