Çin heç vaxt Ukraynaya hücum etməyəcəyini bildirir
[right][/right]
"Çin Ukrayna xalqına iki partiya humanitar yardım göndərib. Üçüncü partiyanın çatdırılması isə gözlənilir". KİV-lər xəbər verir ki, bu barədə Çinin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Fan Syanjun məlumat verib.
Səfir qeyd edib ki, Çin və Ukrayna strateji tərəfdaşdırlar.
"Çin Ukrayna xalqı üçün dost dövlətdir. Mən bir səfir kimi məsuliyyətlə deyə bilərəm ki, Çin həmişəlik Ukrayna üçün həm iqtisadi, həm də siyasi baxımdan yaxşı qüvvə olacaq. Biz həmişə Ukraynaya hörmətlə yanaşacağıq, münasibətləri bərabərlik və qarşılıqlı fayda əsasında inkişaf etdirəcəyik, ukraynalıların seçdiyi yola hörmətlə yanaşacağıq, çünki bu, hər bir xalqın suveren hüququdur", - deyə Syanjun bildirib.
O, həmçinin xatırladıb ki, Çin səfirliyi Kiyevdən Lvova köçüb.
"Çin heç vaxt Ukraynaya hücum etməyəcək, biz xüsusilə iqtisadi istiqamətdə kömək edəcəyik. Biz Ukraynanın inkişafına kömək etməyə hazırıq. İndiki vəziyyətdə biz məsuliyyətlə hərəkət edəcəyik", - deyə səfir əlavə edib.
RUBRIKA.AZ
Facebook-da paylaş









