Luqanskda küçə döyüşləri gedir
![]()
Ukrayna ordusu şimal-şərq və şərq cəbhəsində əks-hücum əməliyyatlarına davam edir.
Rubrika.Az xarici KİV-ə istinadən xəbər verir ki, Sumı vilayətində 1 şəhər, 2 qəsəbənin işğaldan azad olunmasından sonra şərq cəbhəsində işğal altında olan Luqansk vilayətinin Rubejnı və Popasnı şəhərlərində gərgin küçə döyüşləri gedir.
Məlumatı Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday təsdiqləyib. O bildirib ki, hazırda döyüşlər çox gərgin şəraitdə keçir və əsl ölüm-qalım savaşını xatırladır.
Rubrika.az
Facebook-da paylaş









