Ukraynada Rusiyanın iki komandiri öldürüldü

Ukraynada Rusiya ordusunun daha bir yüksək rütbəli hərbçisi həlak olub. Rubrika.az lent.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Telegram kanalları məlumat yayıb. Bildirilir ki, 200-cü xüsusi motoatıcı briqadanın komandiri, polkovnik Denis Kurilo Xarkov yaxınlığında öldürülüb.
Bundan əlavə, Totsk qarnizonunun Mərkəzi Hərbi Dairəsinin kəşfiyyat diviziyasının batalyon komandiri 32 yaşlı mayor Sergey Panov da Ukraynada döyüşlər zamanı həlak olub. Onun Rusiya sülhməramlılarının tərkibində Suriyadakı döyüşlərdə iştirak etdiyi qeyd olunur.
Rubrika.az
Facebook-da paylaş














