DÇ-2022: Bu gün püşk atılacaq
![]()
Qətərdə baş tutacaq DÇ-2022-nin bu gün püşkatma mərasimi keçiriləcək.
Qətərin paytaxtı Dohadakı tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Püşkdən öncə milli komandalar səbətlərə bölünüb. Ev sahibi Qətərlə yanaşı, daha 7 yığma birinci səbətdə yer alıb. Mərasimdə dünya futbolunun tanınmış simaları da iştirak edəcək. Onların arasında İran millisinin sabiq hücumçusu Əli Daei də var. Keçmiş iranlı hücumçu ilə yanaşı püşkatmada Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhil (Avstraliya) də yer alacaq.
I səbət: Qətər, Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə. İspaniya, Portuqaliya
II səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya
III səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
IV səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, üç pley-off qalibi.
Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Daha 3 komandanın adına isə iyunda keçiriləcək pley-off matçlarından sonra aydınlıq gələcək.
Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək. DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
Rubrika.az
Facebook-da paylaş
















