Bu ölkə də QƏRAR VERDİ: Putinin qızları və Lavrovun xanımı...

Yaponiya hökuməti Ukraynaya müharibə elan edən Rusiyaya qarşı iqtisadi sanksiyalarını genişləndirməkdə davam edir.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Baş nazir Kişida Fumionun kabineti 398 Rusiya vətəndaşının və 28 qurumunun aktivlərinin dondurulmasına qərar verib.
Rusiya vətəndaşları arasında Prezident Vladimir Putinin qızları Katerina Tixonova və Mariya Vorontsova, Xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı da var.
Hökumət həmçinin Yaponiya firmalarına və vətəndaşlarına Rusiyada yeni investisiyalar qoymağı qadağan edəcək.
Nazirlər Kabinetinin rəhbəri Matsuno Xirokazu Rusiya-Ukrayna müharibəsinin daha da genişlənməsinin qarşısını almaq və tezliklə atəşkəsə nail olmaq üçün Moskvaya qarşı sərt sanksiyaların tətbiqinin vacibliyini vurğulayıb.
Rubrika.az
Facebook-da paylaş












