"Qazprombank"ın keçmiş vitse-prezidentinin və ailə üzvlərinin meyitləri tapılıb
![]()
Rusiyanın paytaxtı Moskvanın cənub-qərbində yaşayış binasının mənzilində “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayevin meyiti aşkarlanıb.
Rubrika.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvanın hüquq mühafizə orqanları bildirib.
Məlumata görə, mənzildə həmçinin V.Avayevin həyat yoldaşı və qızının da meyiti tapılıb.
Onlara odlu silahdan atəş açıldığı məlum olub.
Hadisə ilə bağlı cinayət işi başlayıb.
RUBRİKA.AZ
Facebook-da paylaş














