Rusiyanın Donbasa hücumu ərəfəsində Ukrayna yeni döyüş təyyarələri əldə etdi
![]()
Ukrayna silahlı qüvvələri yeni döyüş təyyarələri və avadanlıqlar əldə edib.
Rubrika.az "Reuters” saytına istinadla xəbər verir ki, bu barədə Pentaqon rəsmisi açıqlama edib.
Pentaqon sözcüsü Con Kirbi yeni silahları hansı ölkənin verdiyini bildirməyib, ancaq onların gəldiyini və bu gün Ukraynanın iki həftə əvvəlkindən daha çox döyüş təyyarəsi olduğunu bildirib.
"Onlar əlavə döyüş təyyarələri və havada daha çox döyüş təyyarələrinə sahib olmaq üçün təyyarə hissələri əldə ediblər”,- deyə Kirbi bildirib.
Ancaq o Vaşinqtonun Kiyevə təyyarə vermədiyini deyib:
"Biz əlbəttə onların döyüş təyyarələrinin ehtiyacını qarşılayan bəzi əlavə hissələrin çatdırılması üçün yardımçı olduq, ancaq bütöv döyüş təyyarələri verməmişik”.
Bununla belə, Amerikanın yaxında Ukraynaya Rusiya istehsalı olan helikopterlər verəcəyi gözlənilir.
Rubrika.Az
Facebook-da paylaş














