Ağır xəstə olan tanınmış aktyor üçün 50 min dollar: - “Tez bir vaxtda...”

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevin qaraciyər transplantasiyası üçün lazım olan vəsait toplanıb.
Rubrika.Az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlamasında aktyorun xanımı Elvina Ağayeva deyib:
“Ailədə uyğun donor olmadığından maddi köməyə ehtiyacımız oldu. ARB TV-də kampaniya başlandı və 50 min dollar vəsait toplandı. Tez bir zamanda Elvin Türkiyədə əməliyyat olunacaq”.
Rubrika.Az
Facebook-da paylaş








