Putin Ermənistana gəlir – “Səfərə hazırlıq gedir”

Rusiya Prezidenti Vladimir Putin ilin sonunda, təxminən oktyabr-dekabr aylarında Ermənistana gələ bilər, təfərrüatlar, o cümlədən dəqiq tarixlər üzərində iş gedir.
RUBRİKA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Gündəliyimizdə Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfərinin təşkili məsələsi var. Mümkündür ki, bu, ilin ikinci yarısında - oktyabrdan dekabr ayına kimi baş versin. Təbii ki, tarixlə bağlı razılaşacağıq”, - Mirzoyan qeyd edib.
RUBRİKA.AZ
Facebook-da paylaş














