"TEKNOFEST Azərbaycan" çərçivəsində "Flyboard" şousu keçirilib
![]()
Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizdə ilk dəfə su üzərində "Flyboard" şousu təşkil olunub.
Rubrika.Az xəbər verir ki, şou məşhur ispaniyalı flyboarder Lindsay McQueen-in təqdimatında baş tutub.
O, Qətər və BƏƏ-də Flyboard üzrə keçirilmiş dünya çempionatlarında uğurla iştirak edib.
Şoudan sonra Azərbaycan və türk pilotlarının aviaşousu başlayıb.("Report")
Rubrika.az
Facebook-da paylaş















