Vladimir Zelenski: "Strateji təşəbbüs artıq bizdədir"
![]()
“Rus işğalçıları ilə döyüş cəbhəsinin eni 2,5 min kilometrə qədər uzanıb”.
Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün telegram səhifəsində yazıb.
Prezident Zelenskinin sözlərinə görə, Rusiyaya qarşı aparılan müharibədə bütün çətinliklərə rəğmən, strateji təşəbbüs artıq Ukraynanın tərəfindədir.
"Biz mütləq şərlə savaşırıq. Və daha da irəli getmək, bütün ərazilərimizi azad etməkdən, işğalçıları darmadağın etməkdən başqa çarəmiz yoxdur. İndi cəbhə xəttinin eni artıq 2,5 min kilometrdən çoxdur. Hiss olunur ki, strateji təşəbbüs hələ də bizimdir”, - o yazıb.
Qeyd edək ki, bu ilin iyun ayının əvvəlində Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnı cəbhə xəttininin eninin 2450 km olduğunu, bunun 1105 km-də isə aktiv döyüş əməliyyatlarının getdiyini bildirmişdi.
İşğal altında olan Melitopol şəhərinin meri İvan Fyodorov Zaporojye istiqamətində Ukrayna ordusunun 10 kilometr irəlilədiyini bildirib.
RUBRIKA.AZ
Facebook-da paylaş












