“Qarabağ” "Sürix"i məğlub etdi - Yenilənib
![]()
“Qarabağ” Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxıb.
Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində mübarizəyə qoşulub.
I raundda “Lex”i (Polşa) iki oyunun cəmində 5:2 (0:1, 5:1) hesabı ilə üstələyən ağdamlılar bu dəfə “Sürix”i sınağa çəkib. İsveçrə çempionu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk qarşılaşma da təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
İbrahima Vadjinin dubl etdiyi oyunda 3:2 hesablı qalibiyyət qazanan Qurban Qurbanovun yetirmələri bir həftə sonra Sürixdəki cavab matçı öncəsi kiçik üstünlük əldə edib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.
***
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.
85-ci dəqiqədə qonaqların futbolçusu Mirlind Kryeziu penaltini dəqiq yerinə yetirib.
Azərbaycan təmsilçisi hazırda 3:2 hesabı ilə öndədir.
***
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda daha iki qol vurulub.
65-ci dəqiqədə qonaqların futbolçusu Lindrit Kamberi hesab arasındakı fərqi azaldıb.
Bir dəqiqə sonra isə İbrahima Vadji özünün ikinci, "Qarabağ"ın üçüncü qoluna imza atıb. Azərbaycan təmsilçisi hazırda 3:1 hesabı ilə öndədir.
***
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
Hazırda "köhlən atlar" 2:0 hesabı ilə öndədir.
"Qarabağ"ın qollarını 17-ci dəqiqədə Kadi Borges, 36-cı dəqiqədə İbrahima Vadji vurub.
***
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.
"Köhlən atlar" ikinci dəfə rəqibi mərkəzə dəvət ediblər.
Bu dəfə İbrahima Vadji fərqlənib.
***
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
Məlumata görə, "köhlən atlar" 17-ci dəqiqədə topu rəqib qapısından keçirib.
"Qarabağ"ın qolunu Kadi Borges vurub.
***
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.
Görüşü Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.
Qeyd edə ki, komandalar arasındakı cavab oyunu iyulun 27-də olacaq. (report)
RUBRİKA.AZ
Facebook-da paylaş









