Prezident: "Kadr islahatları Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi və niyyətimizi göstərir"
![]()
"İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik.
Bir daha demək istəyirəm, sizə böyük etimad göstərilir. Mən hesab edirəm ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir", -Dövlət başçısı qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş

















