Türkiyə ordusu Suriyada iki şəhid verdi
![]()
Türkiyə ordusunun 2 əsgəri Suriyada həlak olub.
Bu barədə Rubrika.Az Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə "Fərat Qalxanı" antiterror əməliyyatı zonasında baş verib. PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı Türkiyə xalqına bağsağlığı verib.
Rubrika.Az
Facebook-da paylaş
















