Təhsil eksperti Kamran Əsədov: "Ya layihə qıtlığıdır, yada kiməsə pul verməyin yeni yolu"
![]()
"Vallah bu qədər dövlət büdcəsinə qənim kəsilmək olmaz.
Deməli, Təhsil Nazirliyi VI qrant müsabiqəsinin qalibi olan lahiyələri elan edib.
Hər biri ilə bağlı ayrı-ayrı yazacam. Bir çoxu sadəcə olaraq, biabırçılıq və pul vermək xətrinə qalib edilib.
İki layihə DUOLİNGO ilə bağlıdır. Ay kişi bu proqram pleystorda var və pulsuzdur.
Əlavə də bütün bilik, yaş səviyyəsinə uyğun olaraq öyrənməni özündə əks etdirir. Təhsil nazirliyi bu kopya, plagiat və heç bir elmi yükü olmayan 2 layihəyə 8500 manat pul ayırıb.
Mən, övladlarım bu proqramı pulsuz yükləyib istifadə edirik.
Həqiqətən də, bu qrant layihələrini yoxlayan dövlət qurumu yoxdurmu?
Hələ bir lahiyə də var, adı "Məhəllə Ansamblı"dır və buna 8860 manat pul ayrılıb.
Bunun elmi yükü, tədrisin keyfiyyətinin artırılması potensialı haradadır?"
Rubrika.Az
Facebook-da paylaş













