Qəzada ölən sədr müavini məmur oğlu imiş
![]()
Sabirabadda baş verən zəncirvari avtomobil qəzasında YAP Salyan rayon təşkilatının sədr müavini 1997-ci il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmov həyatını itirib.
Rubrika.Az-ın “Unikal”a istinadən əldə etdiyi məlumata görə, o, Salyan Rayon İcra Hakimiyyətində sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Məhərrəmovun oğludur.
Qeyd edək ki, avqustun 2-də Sabirabad rayonunda iki minik və bir yük maşınının toqquşması nəticəsində Fazil Məhərrəmov hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alıb.
Rubrika.Az
Facebook-da paylaş









