Şəki Mərkəzi Xəstəxanasına direktor təyin edildi - FOTO

Şəki Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
RUBRİKA.AZ xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb. Xəstəxananın direktoru vəzifəsi Əliyev Məcid Abduləli oğluna həvalə olunub.
Qeyd edək ki, M. Əliyev 2010-2017-ci illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2019-cu ildən etibarən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.
Rubrika.Az
Facebook-da paylaş














