Təxribatın pərdəarxası - Ermənilər nəyə can atdılar və nə qazandılar?
![]()
Politoloq: “Dünən axşamkı genişmiqyaslı təxribatda Rusiyanın barmağının olması şübhəsizdir. Paşinyanı çağıraraq Uzaq Şərqə aparan Putinin onsuz da bir planı vardı”.
“Döyüş əməliyyatları baş verəndən sonra gecə saat 2-də Putinlə danışması, Mirzoyanın Lavrova müraciət edib onunla danışması və bir sıra təfərrüatlar göstərir ki, onlar bu hadisələri gözləyirmişlər”.
Rubrika.az bildirir ki, bu sözləri politoloq Qabil Hüseynli cəbhədəki son genişmiqyaslı təxribatları PİA.az-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi cəbhədə vəziyyət yenidən gərginləşib. Müdafiə Nazirliyinin cəbhədə baş verənlərlə bağlı açıqlamasında bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.
Bəs Ermənilərin dünən axşamkı genişmiqyaslı təxribatını nəylə izah etmək olar və Paşinyanın KTMT-yə müraciətini necə dəyərləndirmək mümkündür? Dünən sərhəddə baş verənləri Rusiyanın sülhə qarşı əməliyyatı kimi qiymətləndirmək olar və demək olarmı ki, 5-ci Brüssel görüşü də artıq öz əhəmiyyətini itirdi?
Azərbaycanla Ermənistan arasında baş verənləri PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.
Qabil Hüseynli: “Görünən odur ki, böyük dövlərlər Azərbaycanla Ermənistan arasında sülhün olmasını o qədər də arzulamırlar”.
Rusiya Paşinyanı Şərq İqtisadi Forumununa aparmaqla, onu orada müəyyən mənada təxribat üçün ürəkləndirdiklərini düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, üstəlik də atəşkəs rejiminin pozularaq irimiqyaslı lokal döyüşlərə keçməsi onu göstərir ki, ermənilər uzun müddət bu döyüşə, daha doğrusu təxribata hazırlaşıblar:
“Dünən axşamkı genişmiqyaslı təxribatda Rusiyanın barmağının olması şübhəsizdir. Paşinyanı Uzaq Şərqə aparan Putininin hansısa plan hazırladığı onsuz da ehtimal olunurdu. Rusiya Paşinyanı Şərq İqtisadi Forumununa aparmaqla onu orada müəyyən mənada təxribat üçün ürəkləndirdilər. Üstəlik də atəşkəs rejiminin pozularaq irimiqyaslı lokal döyüşlərə keçməsi onu göstərir ki, ermənilər uzun müddət idi bu döyüşə, daha doğrusu təxribata hazırlaşıblar.
Eyni zamanda döyüş əməliyyatları baş verəndən sonra gecə saat 2-də Putinlə danışması, Mirzoyanın Lavrova müraciət edib onunla danışması və bir sıra təfərrüatlar göstərir ki, onlar bu hadisələri gözləyirmişlər. Həmçinin Karen Donfridin Bayramovla danışması onu göstərir ki, ABŞ da bu işdən xəbərdar olub və onlar da belə bir hadisənin olacağı biləcəyini gözləyirmişlər.
Qabil Hüseynli: “ABŞ da bu işdən xəbərdar olub və onlar da belə bir hadisənin olacağı biləcəyini gözləyirmişlər”.
Görünən odur ki, böyük dövlərlər Azərbaycanla Ermənistan arasında sülhün olmasını o qədər də arzulamırlar. Xüsusən Rusiya bu məsələdə çox maraqlı olduğunu ortaya qoyur. Buna görə də Moskva Brüsselin sülh yaratma prosesini pozmaq xəttini tutub. Yəqin ki, Kollektiv Təhlükəsizlik Şurası toplanılacaq. Onlar sərhəddəki toqquşmanı böyük hadisəyə çevirməyə çalışacaqlar.
Nəticə etibarilə də Rusiyanın Ukraynada yaşadıqları uğursuzluqlarını Qarabağda hansısa provokasiyalara əl atmaqla ört-basdır etməyə çalış
RUBRİKA.AZ
Facebook-da paylaş







