Britaniya Kraliçası dəfn olunub - YENİLƏNİB
![]()
Böyük Britaniya Kraliçası II Elizabetin tabutu Vindzor qəsrinin ərazisində yerləşən Müqəddəs Corc ibadətgahındakı kral məzarına endirilib.
Mərhumun ailə üzvlərinin, kral sarayının keçmiş və indiki əməkdaşlarının, Böyük Britaniyanın Baş naziri Liz Trassın, Böyük Britaniyanın baş qubernatorlarının iştirak etdiyi anım mərasimi Kanterberi arxiyepiskopunun – İngiltərə kilsəsinin dini rəhbəri Castin Uelbinin duası ilə başa çatıb.
II Elizabetin dəfn mərasimi ilə bağlı keçirilən kütləvi tədbirlər Böyük Britaniya himninin oxunması ilə başa çatıb.
xxx
Kraliça II Elizabetin dəfn mərasimi başlayıb.
“Westminster Abbey” kilsəsində keçirilən dəfn mərasimi Britaniya saatı ilə saat 11:00-da başlayıb.
ABŞ prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Yeni Zellandiyanın Baş naziri Casinda Ardern, Kanadanın Baş naziri Castin Trudo olmaq üzrə bir çox ölkənin dünya lideri dəfn mərasiminə qatılıb.
“Westminster Abbey”də keçirilən mərasimdən sonra kraliçanın cənazəsi kral ailəsinin üzvlərinin də iştirak etdiyi yürüşlə “Wellington Arch”a ilə daşınacaq. Daha sonra isə cənazə Vindzor şəhərinə aparılacaq, Kraliça II Elizabet, əri Şahzadə Filipin yanında, Vindzorda torpağa tapşırılacaq.
Qeyd edək ki, yürüşü izləmək üçün minlərlə insan bir neçə saat əvvəldən London küçələrində toplanmağa başlayıb.
Rubrika.az
Facebook-da paylaş














