27 sentyabr – Azərbaycan və Türk Dünyası üçün yüksəlişin başladığı gün

– Azərbaycanın ərazi bütövlüyü tam mənada bərpa olundu;
– Ermənistan Respublikası təslimçilik aktını imzaladı;
– Azərbaycanın bir parçası olan Naxçıvanla quru əlaqəsinin yaradılmasının hüquqi bazası yaradıldı;
– 30 illik həsrətdən sonra işğaldan azad olunan bölgələrə Böyük Qayıdış başladı.
Zəfər savaşı iki əsrlik münaqişənin birdəfəlik bitirməklə bərabər Azərbaycan tarixinin son 5 əsrində ilk dəfə milli haqqımız olan torpaqlarımıza hakim olmaq faktıdır.
Müstəqil Azərbaycan Respublikası hazırda Prezident İlham Əliyev erasının reallıqlarını və sabaha olan böyük ümidlərini yaşamaqda davam edir. Azərbaycan arzularının reallığa çevrildiyi qızıl bir dönəm yaşayır. Şuşa şəhərinə dünya ölkələrindən rəsmi şəxslərin, görkəmli insanların və səyyahların gəlişi, bu qədim Azərbaycan şəhərinə arzu edən hər bir Azərbaycan vətəndaşının gedib-gəlmək imkanının olması bugünün həm möcüzəsi, həm də gerçəkliyidir. Qarabağ bölgəsində və Şərqi Zəngəzur ərazisində salınan “ağıllı kənd” və “ağıllı şəhər” layihələri dünyaya nümunə ola biləcək ağıllı Prezident örnəyi tərəfindən həyata keçirilə biləcək fantastik gerçəkliklərdir. Artıq istifadəyə verilmiş və ən yüksək dünya standartlarına cavab verən Füzuli aeroportu, Laçında, Kəlbəcərdə, Zəngilanda təməlləri atılan və inşası sürətlə davam etdirilən aeroportlar silsiləsi Qarabağın yeni dövrünün İlham Əliyev reallıqlarıdır.Erməni vəhşiləri tərəfindən dağıdılmış, Azərbycanın Xirosiması kimi tanınan Ağdam şəhərinin sürətlə bərpa edilməsi və yenidən qurulması Böyük Qayıdış Hərəkatının möhtəşəm quruculuq ritmlərini özündə əks etdirir. Qarabağda tikilməkdə davam edən məktəblər, xəstəxanalar, hotellər, yaşayış evləri, sənaye müəssisələri, alternativ yaşıl enerji stansiyaları İlham Əliyev gerçəkliklərinin geniş mənzərəsini təsəvvür etməyə imkan verir.
B u gün Azərbaycan beynəlxalq aləmdə çox Bu gün Azərbaycan böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Bu mənada Azərbaycanın
qazandığı zəfərin möhtəşəmliyi həm də ondadır ki, bu qələbənin miqyası, hüdudları hərbi-siyasi yönümdən tarixin yenidən yazılması gerçəkliyinədək uzanır. Qarabağ zəfəri Azərbaycanın bölgənin lider dövlət statusunu təsdiqləməklə bərabər Türk dünyası birliyinə yol açdı. Qarabağ zəfəri Türkiyənin qurutuluş savaşından sonra türk dünyasının ən böyük zəfəridir. Bu təkcə Azərbaycanın deyil, türk dünyasının qələbəsidir.Ötən ilin iyun ayında Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin qəbul edilməsi, Azərbaycanla Qırğızıstanın Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalaması türkdilli dövlətlər arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə adladığını söyləməyə əsas verir.Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi haqqında qərarın verilməsini və bu qərardan dolayı bir sıra addımların atılmasını münasibətlərin inkişafında yeni mərhələdir. Regionda və dünyada baş verən böhran, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, ABŞ və Qərbin Rusiyaya qarşı məlum sanksiyaları, qlobal ziddiyyətlər fonunda türkdilli dövlətlərin münasibətlərini yüksəltməsi, qarşılıqlı müqavilələrlə strateji tərəfdaş statusu qazanmaları Türk Dünyasının dünyada yeni güc mərkəzi kimi formalaşmasının başlanğıcıdır. Bir sözlə biz bu gün-27 sentyabr anım gününün ikinci ildönümündə tarixin gedişni dəyişən şəhidlərimizin xatirəsini ehtiramla yad edir və yüksəliş tarixini yaşayan Lider Dövlət statusuna şahidlik edirik.
Fəzail İbrahimli
Milli Məclis sədrinin müavini
Facebook-da paylaş







