Prezident Ağdamda quruculuğun START DÜYMƏSİNİ BASDI

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Pəhanəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olublar.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər.
***
Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin təməli qoyulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər.
***
Ağdam şəhərinin dəmir yolu və avtovağzal kompleksinin təməli qoyulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.
***
Ağdam rayonunun Sarıcalı kəndinin təməli qoyulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimlərində iştirak ediblər.
***
Rubrika.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rubrika.Az
Facebook-da paylaş















