İstanbuldakı yaşayış binasında güclü partlayışda ölənlər var - Yenilənib
![]()
Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda yaşayış binasında güclü partlayış baş verib...
Türkiyənin İstanbul şəhərində üçmərtəbəli yaşayış binasında baş verən partlayışda 3 nəfər ölüb.
Partlayışdan sonra Kadıköy rayonunda yerləşən binada yanğın başlayıb.
Qeyd edək ki, partlayışa səbəb binanın 3-cü mərtəbəsində yerləşən mənzildə qaz sızması olub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın nəzarət altına alınıb. Məlumata görə, 1 yaralı binadan çıxarılıb.
Partlayışın səbəbi barədə məlumat verilmir.
***
"Report" bu barədə NTV telekanalına istinadən xəbər verir.
Partlayış nəticəsində yaranan yanğından sonra alov bitişik iki binaya da keçib.
Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və səhiyyə qrupları göndərilib.
RUBRİKA.AZ
Facebook-da paylaş











