"Azərbaycanı hədəf almaq istəyənlər qarşılarında Türkiyəni görəcəklər" - ELXAN ŞAHİNOĞLU
![]()
"Şuşada konsulluq xidməti Türkiyənin Qarabağda varlığını göstərən əsas amillərdən birinə çevrilməlidir və bunu ləngitmək olmaz"
"Türkiyənin Şuşada konsulluq xidmətinin fəaliyyətə başlaması vacibdir. Ankara həmin günü səbirsizliklə gözləyir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri əlavə edib ki, Ermənistandan və İrandan Qarabağa təhlükənin miqyası azalmayıb: "Əlbəttə, güclü ordumuz təcavüzkarlara qarşı ayıqdır. Ancaq Azərbaycanı hədəf almaq istəyənlər bilməlidirlər ki, Qarabağ istiqamətində bizə yenə də problem yaratmaq istəsələr qarşılarında Türkiyəni görəcəklər".
Politoloq sözlərinə görə, bu baxımdan Şuşada konsulluq xidməti Türkiyənin Qarabağda varlığını göstərən əsas amillərdən birinə çevrilməlidir və bunu ləngitmək olmaz.
Rubrika.Az
Facebook-da paylaş











