Gəncədə poliklinikanın tavanı çöküb, işçilər və pasiyentlər təxliyə olunub
![]()
Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır...
Gəncə şəhərində 2 saylı poliklinikanın laboratoriya otağının tavanı çöküb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə səbəbindən poliklinikada çalışan tibbi heyət və pasiyentlər təxliyə olunub.
Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır.
Facebook-da paylaş












