Rusiyalı jurnalist: “Ukranalı uşaqları çayda boğmaq, evə doldurub yandırmaq lazımdır” - Video
![]()
Jurnalist Anton Krasovski ukraynalı uşaqları çayda boğmağı, evə dolduraraq yandırmağı təklif edib...
Erməni əsilli Marqarita Simonyanın rəhbərlik etdiyi “Russia Today” dövlət media holdinqində çalışan Anton Krasovski son çağırışı ilə bağlı həm Rusiyada, həm də bütün dünyada insanları dəhşətə gətirib.
Rusiya təbliğatçılarının ifrat nümayəndələrindən biri olan Anton Krasovski canlı yayında bildirib ki, Ukraynalı uşağları çaya töküb boğmaq, ya da evə doldurub yandırmaq lazımdır.
Rus təbliğatçının bu çağırışından sonra isə ona qarşı etiraz səsləri yüksəlib. Krasovskini tənqid edənlər onu “Rusiyanın düşməni” adlandırıblar. Jurnalistin bu dəhşətli açıqlaması dünya mətbuatının da diqqət mərkəzində olub və şok effekti yaradıb. İctimai təzyiqlər qarşısında “Russia Today” dövlət media holdinqinin rəhbəri Marqarita Simonyan faşist təmayüllü jurnalisti işdən azad etməsi ilə bağlı məlumat yayıb.
Söylədiyi fikirlərə görə Anton Krasovski haqqında cinayət işinin açılması istisna olunmur. Son məlumata görə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin jurnalistin ifadələrini araşdırmağı əmr edib. Araşdırma bir neçəay çəkəcək. Simonyan bildirib ki, əgər onun fikirlərində cinayət tərkibi aşkarlamzsa, Krasovskinin yenidən “Russia Today”a qayıtması mümkün ola bilər.
Qeyd edək ki, Anton Krasovski əvvəllər məşhur rusiyalı aparıcı Kseniya Sobçakın komandasında fəaliyyət göstərib. Jurnalist Rusiyada homoseksualizmə meylli şəxs kimi tanınır və SPİD xəsətliyindən əziyyət çəkir.(pia.az)
RUBRIKA.AZ
Facebook-da paylaş









