ABŞ-ın birinci xanımının hindsayağı geyimini lağa qoydular - FOTO
![]()
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya ilə birlikdə ölkə başçısı kimi ilk dəfə Hindistana səfər etməsi son günlərdə ən çox müzakirə olunan mövzu olub.
Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, Melaniyanın hindsayağı dəbdəbəli geyimi sosial media əhli tərəfindən müzakirələrə yol açıb.
Səfər zamanı onlar dünyanın yeddi möcüzəsindən biri olan Tac-Mahalda fotolar çəkdiriblər.
Melaniya ilk olaraq fotoqrafların qarşısına “Atelier Caito For Herve Pierre” məxsus ağ rəngli kostyumda çıxıb. Obrazına hind ab-havası qatmaq üçün ABŞ-ın birinci xanımı belini qızılı printlərlə bəzədilmiş ipək materialdan olan yaşıl kəmərlə bağlayıb.
Sosial şəbəkə izləyiciləri Melaniyanın geyimini məsxərəyə qoyaraq, “karate” dərsləri üçün istifadə olunan kostyumla müqayisə ediblər.![]()
![]()
Facebook-da paylaş












