Putin MDB ölkələrini təhlükəsizliklə bağlı birlikdə qərar verməyə çağırıb
![]()
Rusiya prezidenti Vladimir Putin MDB ölkələrini təhlükəsizliklə bağlı birlikdə hərəkət etməyə çağırıb…
Bu barədə Putinin Rusiya MDB ölkələrinin Təhlükəsizlik Şurasının Moskvada keçirilən toplantısına müraciətində bildirilir. Həmin müraciəti toplantıda Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev oxuyub.
Rusiya prezidenti mürəkkəb və qeyri-sabit beynəlxalq şəraitdə MDB ölkələrini təhlükəsizliklə bağlı strateji planları yeniləmək və yeni sənədlər hazırlamağa dəvət edib. Putin hesab edir ki, bununla MDB ölkələrinin Təhlükəsizlik Şurası məşğul olmalıdır. Bunun üçünsə MDB ölkələri var gücləri ilə çalışmalıdır.(pia)
Rubrika.Az
Facebook-da paylaş













