Rusiya və Çin tədarükü üçün ödənişləri milli valyutalarla ödəməyə keçirlər

Rusiya və Çin enerji təchizatı üçün milli valyutalarda hesablaşmalara keçir, Rusiya qazı üçün ödənişlər artıq rubl və yuanla paritet əsasında həyata keçirilir.
RUBRİKA.AZ bildirir ki, bu barədə Rusiya-Çin hökumətlərarası komissiyasının iclasının yekunları üzrə “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Biz tədarük olunan enerji resursları, qarşılıqlı hesablaşmalar, o cümlədən Çindən avadanlıqların tədarükü üçün milli valyutalarda - həm rubl, həm də yuanla hesablaşmalara keçirik", - o deyib. Qazprom və Çin Xalq Respublikası arasında rubl və yuanla paritet əsasında həyata keçirilir.
Novak onu da əlavə edib ki, neft və neft məhsullarının tədarükü üçün ödəniş Rusiya və Çinin milli valyutalarına da aktiv şəkildə köçürülür.
RUBRİKA.AZ
Facebook-da paylaş






