Putin yeni ildə böyük hücuma hazırlaşır - Ukrayna müdafiə naziri xəbərdarlıq edib
![]()
Aleksey Reznikov hücumun fevral ayına qədər baş verə deyib, lakin digər rəsmilər bunun yanvarda baş verə biləcəyiniistisna etmir...
Rubrika.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikov Guardian-a verdiyi müsahibəsində qış aylarında Rusiyanın geniş miqyaslı hücumu gözlənilir.
Ukraynanın yüksək rütbəli rəsmiləri deyirlər ki, Vladimir Putin son aylarda Rusiya üçün döyüş meydanında bir sıra alçaldıcı uğursuzluqlara baxmayaraq, yeni ildə böyük yeni hücuma hazırlaşır.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov Guardian-a müsahibəsində deyib ki, Ukrayna indi Rusiyanın əsas infrastrukturu, o cümlədən enerji şəbəkəsini hədəf alan raket hücumlarından uğurla müdafiə edə bilsə də, Kremlin genişmiqyaslı yeni hücuma hazırlaşdığına dair sübutlar ortaya çıxır.
Qeyd edək ki, bu həftə Ukrayna prezidenti Vladimir Zelenski, silahlı qüvvələrin komamndanı general Valeri Zalujni və quru qoşunlarının rəisi, general-polkovnik Aleksandr Sırskoyun Economist-ə verilən müsahibələrində də Rusiyanın hücum hazırlığı ilə bağlı məlumatlar yer alıb.
Bu brifinqlər Qərb müttəfiqləri arasında arxayınlığa qarşı xəbərdarlıq etmək və Rusiyanın Ukrayna üçün davam edən təhlükəsini vurğulamaq üçün geniş, əlaqələndirilmiş səylərin bir hissəsi kimi görünür. Reznikov yeni hücumun fevral ayına qədər baş verə biləcəyini söyləsə də, digər yüksək vəzifəli məmurlar bunun yanvarda baş verə biləcəyinə inandıqlarını bildiriblər.
Rusiyanın 300.000-ə yaxın əsgəri qismən səfərbər etməsinə toxunan Reznikov bildirib ki, həmin çağırışçıların yarısı minimal təlim aldıqdan sonra döyüş meydanına göndətilib. Eyni zamanda Moskva qüvvələrini gücləndirmək üçün qalan çağırışçıları gələcək hücumlar üçün hərtərəfli hazırlayır:
“Səfərbərliyin ikinci hissəsi, təxminən 150 000 nəfər müxtəlif düşərgələrdə təlim kurslarına başlayıb. Çağırışçıları hazırlamaq üçün minimum üç ay vaxt sərf edirlər. Bu o deməkdir ki, onlar növbəti hücum dalğasına keçən il olduğu kimi, yəqin ki, fevralda başlamağa çalışırlar. Bu, onların planıdır”.
RUBRİKA.AZ
Facebook-da paylaş











