Ukraynanın Xerson vilayəti atəşə tutulub, yaralananlar var
![]()
Ukraynanın Xerson vilayətinin Kizomıs kəndi bu gün Rusiya Silahlı Qüvvələri tərəfindən atəşə tutulub...
Bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko “Telegram”da məlumat verib.
O bildirib ki, atəş nəticəsində 3 nəfər ağır yaralanıb və onların arasında 14 yaşlı yeniyetmə də var.
“Yaralılar xəstəxanaya çatdırılıb”, - deyə Timoşenko əlavə edib.
RUBRIKA.AZ
Facebook-da paylaş















