FSB bioloji məlumat toplayan ABŞ vətəndaşına qarşı iş açıb
Onu 20 ilə qədər həbs gözləyir
RUBRİKA.AZ bildirir ki, Rusiya FSB bioloji məlumat toplayan ABŞ vətəndaşına qarşı cinayət işi açıb. Bu barədə cümə axşamı FSB məlumat yayıb.
“Federal Təhlükəsizlik Xidməti ABŞ vətəndaşına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi (“Casusluq”) ilə cinayət işi açıb”, - deyə FSB-nin saytı məlumat yayıb.
Kəşfiyyat xidmətinin məlumatına görə, o, Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş bioloji mövzular üzrə kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinir.
FSB başqa heç bir təfərrüat vermir. ABŞ vətəndaşını 20 ilə qədər həbs gözləyir.
Rubrika.Az
Facebook-da paylaş











