• Nəsimi rayonunda 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir

    Nəsimi rayonunda 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir

    Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə,
    Nəsimi rayonu Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə və
    Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə 20 Yanvar facəsinin otuz
    üçüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.


    RİH-dən verilən məlumatda deyilir ki, keçirilən
    tədbirlərdə rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan 20
    Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri, Vətən
    müharibəsi şəhid ailələri, əlilləri və veteranları iştirak etmişdir. Məktəblərin
    önündə Vətən müharibəsi şəhidlərinin xatirə lövhələri ziyarət olunmuş, önünə gül
    dəstələri düzülmüşdür. Keçirilən tədbirlərdə məktəb şagirdlərinin ifasında şerlər,
    ədəbi-bədii kompazisiyalar və 20 Yanvar faciəsinə həsr olunmuş videoçarxlar
    nümayiş etdirilmişdir.
    Keçirilən tədbirlərdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı
    Asif Əsgərov bildirdi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən
    qanlı faciələrdəndir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda
    xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk
    olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük
    faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan
    xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə
    vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da
    Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər
    öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və
    mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi
    əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri
    ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
    Qeyd olundu ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına
    rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi
    Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını
    dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın
    qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika
    rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa
    etdi.Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali
    Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli
    qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının
    29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr
    haqqında” Qərar qəbul etdi Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20
    Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul
    oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin
    Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Azərbaycan
    Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə
    təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan
    edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Nəsimi rayonu üzrə
    Tədbirlər Planı hazırlanmış və il ərzində müvafiq tədbirlərin keçirilməsi nəzərdə
    tutulmuşdur.
    Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə
    əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi
    formalaşıb. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin
    ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi
    haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə
    təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri
    ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy
    Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin
    xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
    Xüsusi vurğulandı ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
    Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar
    oldu və şəhid olan övladların ruhları şaddır. Azərbaycan Respublikasının ərazi
    bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, Şəhidlərimiz
    kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə
    çatdırıdı. Adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz
    gənclərimiz üçün ən gözəl örnəkdir. Tədbirin sonunda 20 Yanvar faciəsi şəhid
    ailələri və əlillərinə yardımlar göstərilmişdir.


    Nəsimi rayonunda 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
    Nəsimi rayonunda 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
    Nəsimi rayonunda 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
    Nəsimi rayonunda 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
    Nəsimi rayonunda 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
    Nəsimi rayonunda 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
    Nəsimi rayonunda 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir

    RUBRİKA.AZ


    Facebook-da paylaş