Bu həftə məktəblilərin qış tətili başlayır
![]()
Tətildən sonrakı ilk dərs günü fevralın 1-də olacaq...
Bu həftə məktəblilərin qış tətili başlayır.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ümumtəhsil müəssisələrinin bütün səviyyələri üçün 27-31 yanvar tarixləri (5 gün) qış tətili günləridir.
Nazirlik rəsmisi əlavə edib ki, tətildən sonrakı ilk dərs günü fevralın 1-də olacaq.
RUBRİKA.AZ
Facebook-da paylaş











