NATO müdafiə qabiliyyətinin daha da gücləndirilməsi ilə bağlı qərar qəbul edib
![]()
NATO müdafiə nazirləri alyansın çəkindiricilik və müdafiə qabiliyyətinin daha da gücləndirilməsi qərarını qəbul ediblər...
Bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin Brüsseldə baş tutan iclasından sonra mətbuata açıqlamasında bildirib.
Baş katib NATO-nun yeni müdafiə planlaması təlimatlarının təsdiqlədiyini vurğulayıb: “Bu, Rusiyanın aqressiv davranışları, davamlı terror təhdidləri və Çin tərəfindən meydan oxumalar fonunda bizim daha təhlükəli dünyada yaşadığımız reallığını əks etdirir. Bu, qarşıdakı illərdə qabiliyyətlərin dəyişməsinə səbəb olacaq. Bizim çəkindiriciliyimiz və müdafiəmiz güclü və etibarlı qalmalıdır”.
Stoltenberq qeyd edib ki, müdafiə nazirləri sənaye imkanlarının gücləndirilməsi və silah-sursat ehtiyatlarının artırılmasını da müzakirə ediblər. Vurğulayıb ki, hazırda buna müttəfiqlərin Ukraynaya misli görünməmiş dəstəyi fonunda həmişəkindən daha çox ehtiyac duyulur.
Stoltenberq əlavə edib ki, müttəfiqlər müdafiə sənayesi ilə onların imkanlarının artırılması məqsədilə birlikdə işləməkdə razılaşıblar və artıq NATO-nun sursat ehtiyatları üçün hədəflərini nəzərdən keçirirlər.(APA)
RUBRİKA.AZ
Facebook-da paylaş









