• TƏBİB REALLIĞI

    TƏBİB REALLIĞI

    Vüqar Qurbanov: ,... həkimlərimiz ikiqat işləmək məcburiyyətində qalırlar..'

    Hələ 2017-ci ildə pilot layihə kimi bir neçə rayonda icbari tibbi sığorta sistemi tətbiq olunanda çoxları dodaq büzürdü, ironiya edirdi. Azərbaycanda pulsuz səhiyyə xidmətlərinin göstərilməsi inandırıcı görünmürdü. İlk növbədə insanları buna inandırmaq lazım idi. Axı insanlar yarıtmaz səhiyyə sistemindən az çəkməmişdilər...
    Elə həmin il yeni yaradılan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə Zaur Əliyev təyin olundu. Uzun illər formalaşan stereotipləri qırmaq, səhiyyə sistemində korrupsiya palçığına batmış “gəmiləri” hərəkətə gətirmək lazım idi. Düzü çoxları bu qədər ağır bir yükü gənc bir kadrın qaldıra biləcəyinə inanmır, başlanan islahatların yerindəcə sayacağını düşünürdülər. Hətta islahatın həyata keçirilməsinə sistemin daxilindən müqavimət daha güclü idi. Bu həm də bir çoxlarını böyük qazanc mənbəyindən məhrum edir, ağ xalatların arxasında gizlənən qara əlləri kəsirdi. Çətin idi, amma Zaur Əliyev və onun komandası da onlara göstərilən böyük etimadı doğrultmaqda qərarlı idi...
    Tətbiq edilən icbari tibbi sığorta ölkəmizdə bir ilk idi, bu barədə hər hansı təcrübə formalaşmamışdı. Odur ki, hər bir addım diqqətlə atılmalı, badalaq atmaq istəyənlərə imkan tanınmamalı idi.
    Zaur Əliyevin rəhbərliyi altında Agentlik bu çətin və şərəfli yola çıxdı və inamla söyləmək olar ki, səhiyyə sistemində inqilabi dəyişikliklər baş tutub. Layihənin icrası müddətində ölkə əhalisinə Beynəlxalq Millətlər Təşkilatı tərəfindən təsdiqlənən və Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan universal tibbi təminatın verilməsi istiqamətində mühüm addımlar atılıb. Agentliyin fəaliyyəti müddətində ilk dəfə olaraq dövlət tərəfindən göstərilən səhiyyə xidmətləri bazar dəyərinə görə qiymətləndirilmiş və həmin xidmətlərin tarifləri hesablanmışdır. Layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin əsası qoyulmuş, tibb işçilərinin əmək haqları artırılmış və  beynəlxalq təcrübədə geniş yayılmış adambaşına ödəniş metodu tətbiq olunmuşdur.

    TƏBİB REALLIĞI

    İcbari sığortaanın tətbiqi çərçivəsində tibb müəssisələrinin tibbi təchizatı yaxşılaşdırılıb. 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb ki, onlar qanın nəinki ümumi və biokimyəvi, artıq hormonal analizlərini də həyata keçirməyə imkan verir. Laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb.
    Artıq 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Belə ki, rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan təxminən 3000-ə yaxın sayda tibbi xidmətdən istifadə edir. Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya stasionar və sair tibbi xidmətlər daxildir. Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir.
    Beləliklə dövlətin ali iradəsi və xalqa təmənnasız xidmət istəyi Azərbaycan səhiyyəsində növbəti uğur səlnaməsini yaratdı. Buzlar qırıldı, insanlar bir zman xəyal etdiklərini real olaraq yaşamağa başladı. Bu gün hər bir vətəndaş ürəklə tibbi xidmətlərdən istifadə edir, ağ xalatların cibinə əl uzatmaq zorunda qalmır.
    Ölkədə kadr sahəsində son illərdə aparılan islahatlar xüsusilə gəncləşmə siyasəti müəyyən müsbət effektlər verir. Gənc kadrlara meydan açılması, onların yüksək vəzifəyə təyin olunması Dövlət başçısının gənclərə olan etimadının təzahürüdür. O cümlədən biz bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun timsalında görə bilirik Azərbaycan səhiyyəsində baş verən müsbət tendensiyalar istər pandemiya dövründə istərsədə 44 günlük Vətən müharibəsi dövründə özünü daha çox biruzə verdi. Xüsusilə yeni yaranmasına baxmayaraq TƏBİB-in fəaliyyəti səhiyyə tariximizdə yeni bir səhifənin başlanğıcını qoydu. İlk addımları qlobal pandemiya dövrünə təsadüf edən TƏBİB bu günə kimi üzərinə düşən məsulliyyətli vəzifəni uğurla yerinə yetirməyi bacarır. Ümumiyyətlə, yeni yaradılan qurum uzun illər səhiyyə sistemində oturaqlaşmış bir çox stereotipləri darmadağın edə bildi.
    Sirr deyil ki, zamanında səhiyyə sistemi ölkəmizdə korrupsiya və rüşvətin at oynatdığı əsas sahələrdən idi. Burada pulsuz nəyəsə nail olmaq, hansısa iş görmək qeyri-mümkün hesab olunurdu. Hansısa həkim yerdəyişməsinin,işə qəbulun pulsuz olduğunu kimə desəydin adama gülərdilər. Pulsuz baş həkim təyinatını söyləyən şəxsi isə yaxşı halda dəli adlandırardılar. Acı da olsa reallıq belə idi.
    TƏBİB fəaliyyətə başlayandan sonra ilk öncə həkim nüfuzunun bərpasına nail oldu, cəmiyyətdə səhiyyəyə inam formalaşdı. İctimai rəydə çoxdan korrupsiya çirkabına bulaşmış səhiyyə sistemində şəffaflıq təmin edildi. Bir neçə cümlədə ifadə olunan bu fikirlər əslində səhiyyə sistemnidə inqilabdır. TƏBİB bunu qısa müddətdə bacardı.
    Jurnalist fəaliyyətimdə bəlkə də mənim qədər səhiyyə sistemini tənqid edən şəxs azdır. Amma bu gün gördüklərimə, şəxsən şahidi olduqlarıma qarşı biganə qala bilmərəm. Həkimlərin işə qəbulu,yerdəyişməsi tam şəffaflıqla həyata keçirilir. Hətta elə həkimlər tanıyıram ki, onlar müraciətlərinin qısa müddətdə, təmənnasız həyata keçməsinə özləri belə inanmırlar. Bu gün Azərbaycanda həkimlər , şöbə müdürləri , baş həkimlər və ümumiyyətlə hər kəs vəzifəyə pulsuz təyin edilirlər. Bəli,lətifə oxumursunuz,bu bir reallıqdır. TƏBİB reallığı.
    Məni narahat edən başqa bir səbəb də var. Bu gün bəzən TƏBİB-ə o qədər hücumlar olunur ki, adam məəttəl qalır. Bəs sən nə istəyirsən? Bir zamanlar xəyal etdiklərin qısa zaman kəsimində reallaşıbsa, nədən narazısan? Axı tənqid də edəndə gərək vicdanla edəsən. TƏBİB-in Azərbaycan səhiyyəsində attığı inqilabi addımlara dəstək olmaq əvəzinə böhtan atmaq,yalançı canfəşanlıq nəyə və kimə gərəkdir?
    Bir neçə gün əvvəl (06.03.2023 ci il tarixdə) Təbibin idarə heyyətinin icraçı direktoru çox hörmətli Vüqar Qurbanovun qəbulunda oldum.
    Qəbul çox yüksək səviyyədiə təşkil edilmişdi. Qəbulda Vüqar müəllimlə yanaşı Təbibin idarə heyyətinin məsul rəhbərləri də iştirak edirdi. Ümümi söhbət əsasında Vüqar müəllim bizimlə çox maraqlı fikiri paylaşdı: Təssüf ki, helə də bəzi vətədaşlarımız elə bilir ki tibbi icbari sğorta müvəqqəti bir lahiyyədir. Ehtiyac olmadığı halda kütləvi şəkildə müayyinələr etdirir və yararlanmaq istəyirlər. Nəticədə bəzən xəstəxanalarda sıxlığ və gərginlik yaranır. Həkimlərimiz ikiqat işləmək məcburiyyətində qalırlar. Vüqar müəllim bu barədə media əməkdaşlarına, ictimaiyyəti müsbət istiqamətdə maarifləndirməyi töfsiyyə etdi. "Gəlin açıq etiraf edək ki ,istər Zaur Əliyev, istərsə də Vüqar Qurbanov, onlara bəslənən ümidləri real işlərlə doğrultdu, yeniliklə köhnəliyin mübarizəsindəın qalib ayrılmağı bacardı.
    Belə bir deyim var-məğlubiyyət yetimdir, qalibiyyətə isə ortaq olmaq istəyənlər çox olur. Bu gün də Azərbaycan səhiyyəsində yeni səhifə açan icbari tibbi sığortanın tətbiqinə, qazanılan uğurlara çoxları yerli-yersiz öz adını əlavə etmək istəyir. Amma ədalət prizmasından baxsaq istər Zaur Əliyev istərsə də Vüqar Qurbanov bu şərəfli, lakin çətin yola çıxaraq bütün müqavimətlərə, əngəllərə baxmayaraq bu səhifəyə öz imzalarını atdılar. Bu imzaların minnətdarlıq payını xalq verir-öz “çox sağ olu ilə” !

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş