ABŞ Suriyada Avropaya hücumlar hazırlayan İŞİD liderini öldürüb...
![]()
Bazar ertəsi ABŞ helikopterinin Suriyanın şimalına reydi zamanı İŞİD-in yüksək rütbəli lideri öldürülüb...
RUBRIKA.AZ xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.
Məlumatda görə, öldürülən şəxs Yaxın Şərq və Avropada hücumlar planlaşdırmaqda ittiham olunurmuş. Pentaqonun bəyanatda deyilir ki, reyd Əbd-əl-Hadi Mahmud əl-Hacı Əlini hədəf alıb və əməliyyat barədə qərar “İslam Dövləti”nin xaricdə məmurları oğurlamağa hazırlaşdığına dair kəşfiyyat məlumatları toplandıqdan sonra verilib.
ABŞ Mərkəzi Komandanlığına rəhbərlik edən general Maykl Kurilla bir müddət əvvəl verdiyi açıqlamada “İŞİD tənəzzülə uğrasa da, Yaxın Şərqdən kənara da zərbə endirmək üçün bölgə daxilində əməliyyatlar apara bilir”, deyə bildirib.
ABŞ Mərkəzi Komandanlığının rəhbəri basqın zamanı daha iki silahlının həlak olduğunu və dinc sakinlərə zərər verilmədiyini bildirib.
İki həftə əvvəl ABŞ qüvvələri İŞİD-in Avropa və Türkiyədə hücumların planlaşdırılmasına cavabdeh olduğu bildirilrən digər yüksək rütbəli lideri Xalid Aydd Əhməd əl-Cəburini öldürüb.
Xatırladaq ki, İŞİD 2014-cü ildə ə İraq və Suriyanın üçdə birinə nəzarət edirdi. Hər iki ölkədə darmadağın edilsə də, onun yaraqlıları hücumlarını davam etdirir.
RUBRIKA.AZ
Facebook-da paylaş








