Zelenski və Makkarti Ukraynaya silah verilməsini müzakirə ediblər...
![]()
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinin spikeri Kevin Makkarti ilə Ukrayna üçün silah məsələsini müzakirə edib...
RUBRIKA.AZ xəbər verir ki, Vladimir Zelenski bu barədə özünün Telegram kanalında məlumat verib.
Ukrayna prezidenti bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə telefonla danışıb və ölkəsini dəstəklədiyinə görə ona təşəkkür edib. Tərəflər Ukraynaya yeni silah paketlərinin verilməsini müzakirə ediblər.
“Mən hərbi əməliyyatların gedişi və Ukraynanın zirehli texnika, uzaqmənzilli artilleriya, hava hücumundan müdafiə sistemləri və təyyarələrə olan təcili müdafiə ehtiyaclarından danışdım”, deyə Ukrayna prezidenti yazıb.
Zelenskinin sözlərinə görə, Ukrayna tərəfi ABŞ-ın yardımının hər dollarını hesabını verməyə hazırdır.
Zelenski həmçinin əlavə edib ki, Makakrtini Ukraynaya səfərə dəvət edib.
RUBRIKA.AZ
Facebook-da paylaş
















